Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ötən ay ən çox yağıntı hansı ərazilərə düşüb?
sosial

Ötən ay ən çox yağıntı hansı ərazilərə düşüb?

05-08-2025 20:00 14 Views
IMG

İyulda bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub.

 

Tvit.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

O qeyd edib ki, iyul ayının əsasən birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub:

 

"Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb”.

 

N.Mahmudov qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

 

Qeyd edək ki, iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.