Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi
sosial

Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi

04-08-2025 18:00 28 Views
IMG

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib.


Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.