ABŞ-nin sabiq prezidenti Co Bayden Ukrayna münaqişəsini sona çatdırmağa qadir olmayıb.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski danışıb.
Məlumata əsasən, Zelenski Ağ Ev rəhbəri Donald Tramp bu böhrana son qoya biləcəyinə əminliyini ifadə edib.
“ Bayden bu müharibəni bitirə bilmədi, əminəm ki, prezident Tramp bunu edə bilər. Məncə, onların əsas fərqi budur”, – deyə o, Newsmax-a müsahibəsində bildirib.
Zelenski bir neçə dəfə ABŞ-a hərbi yardıma görə təşəkkürünü bildirib.