Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 6 ayda Qarabağa 1 milyondan çox adam gedib
sosial

6 ayda Qarabağa 1 milyondan çox adam gedib

15-07-2025 18:00 39 Views
IMG

Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfərləri davam etdirilir. Səfərlər həm müntəzəm avtobus marşrutları, həm də fərdi nəqliyyat vasitələri ilə həyata keçirilir.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Tvit.az-a bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində azad olunmuş ərazilərə 3475 müntəzəm avtobus reysi təşkil edilib. Bu marşrutlarla ümumilikdə 33 min 500 sərnişin Qarabağ və Şərqi Zəngəzur istiqamətlərinə səfər edib.

 

Bununla yanaşı, vətəndaşlar “Yolumuz Qarabağa” portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səyahət edə bilirlər.

 

AYNA-dan verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində portal üzərindən səfərlə bağlı ümumilikdə 1 milyon 342 min 921 nəfərə icazə verilib.