Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı
sosial

Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı

11-07-2025 17:00 30 Views
IMG

Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"a verilən məlumata görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.