Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi
sosial

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

10-07-2025 20:00 36 Views
IMG

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.

 

Tvit.az xəbər verir ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

 

Qeyd edək ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.