Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb
sosial

Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb

07-07-2025 16:00 22 Views
IMG

Ötən ilin yanvar - may aylarında Azərbaycanda vərəmə 1 103 yoluxma qeydə alınıb, 219 nəfər isə dünyasını dəyişib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır.

Bundan əlavə, 2025-ci ilin yanvar - may aylarında 972 nəfər vərəmə yoluxub. Onlardan 658-i kişi, 314-ü qadındır. Məlumata əsasən, 90 nəfəri 17 yaşadək, 882 nəfəri isə 18 yaş və daha yuxarı şəxslərdir.