Almaniyanın sənaye və xidmət sektorunun nəhəng nümayəndələri Avropa İttifaqının iqtisadi siyasətindən narazılıqlarını bildirərək kəskin dəyişikliklərə çağırış ediblər.
Tvit.az Bild qəzetinin məlumatına əsasən xəbər verir ki, “Lufthansa”, “Rheinmetall”, “Henkel”, “Thyssenkrupp”, “DHL”, “E.on” və “Uniper” kimi Almaniyanın iri şirkətlərinin rəhbərləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşüblər.
Görüşdə şirkət rəhbərləri Brüsselin iqtisadi kursundan narazılıqlarını ifadə edərək, Avropa İttifaqının iqtisadi siyasətində tam istiqamət dəyişikliyi tələb ediblər.
Qeyd olunur ki, fon der Lyayenin bir ölkənin iş dünyası təmsilçiləri ilə bu cür formatda görüş keçirməsi nadir hallarda baş verir. Tələblər, xüsusilə Aİ sənayesinin rəqabət qabiliyyətinin zəifləməsi və artan iqtisadi çətinliklər fonunda səsləndirilib.
Aysel Şirinova