İndoneziya Prezidenti Prabovo Subianto Ukraynadakı münaqişənin dondurulmasına çağırıb.
Tvit.az xəbər verir ki, bu təklifi o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən plenar iclasda səsləndirib.
Dövlət başçısı Şimali və Cənubi Koreya arasındakı münaqişəyə diqqət yetirməyə çağırıb və hazırda bu ölkələr arasında BMT-nin nəzarətində olan bir silahsızlaşdırılmış zona mövcud olduğunu vurğulayıb.
O qeyd edib ki, Ukrayna münaqişəsi hələ başa çatmayıb, lakin müəyyən sülh şəraiti yaradılıb.
“Məhz buna görə də biz belə bir təklif irəli sürdük... Niyə münaqişəni dondurmayaq?” – deyə prezident bildirib.