Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İndoneziya Prezidenti Ukrayna ilə bağlı təkliflə çıxış edib
dünya

İndoneziya Prezidenti Ukrayna ilə bağlı təkliflə çıxış edib

20-06-2025 22:00 22 Baxış
IMG

İndoneziya Prezidenti Prabovo Subianto Ukraynadakı münaqişənin dondurulmasına çağırıb.

Tvit.az xəbər verir ki, bu təklifi o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən plenar iclasda səsləndirib. 

Dövlət başçısı Şimali və Cənubi Koreya arasındakı münaqişəyə diqqət yetirməyə çağırıb və hazırda bu ölkələr arasında BMT-nin nəzarətində olan bir silahsızlaşdırılmış zona mövcud olduğunu vurğulayıb.

O qeyd edib ki, Ukrayna münaqişəsi hələ başa çatmayıb, lakin müəyyən sülh şəraiti yaradılıb.

 “Məhz buna görə də biz belə bir təklif irəli sürdük... Niyə münaqişəni dondurmayaq?” – deyə prezident bildirib.

Aysel Şirinova