İsrailin İrana hücumu səbəbindən Ciddə hava limanında qalan azərbaycanlı zəvvarlar, nəhayət, Bakıya çatıb.
Bu barədə Tvit.az-a adının açıqlanmasını istəməyən azərbaycanlı xanım zəvvar məlumat verib.
Xanımın sözlərinə görə, əvvəlcədən planlaşdırılmış uçuş İran hava məkanı üzərindən həyata keçirilməli idi, lakin hazırkı vəziyyətə görə marşrut dəyişdirilərək Şimali Kipr, Türkiyə və Gürcüstan xətti ilə aparılıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi ilk rəsmi zəvvar qrupu iyunun 16-da Bakıya qayıtmalı idi. Ancaq İsrailin İrana hərbi zərbə endirməsi fonunda Bakıya planlaşdırılan bir sıra reyslər, o cümlədən zəvvarları daşıyan uçuşlar təxirə salınıb, sərnişinlər isə bir müddət Ciddə aeroportunda gözləməli olublar.