Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Energetika nazirinin müavini NATO rəsmisi ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələrini müzakirə edib
sosial

Energetika nazirinin müavini NATO rəsmisi ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələrini müzakirə edib

13-06-2025 22:00 28 Views
IMG

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin müavini Ceyms Appathurai ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri və yaşıl enerjiyə keçidi müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuat xidməti bildirib.

 

“Azərbaycan – NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun qərargahında NATO Baş katibinin innovasiya, hibrid və kiber məsələləri üzrə müavini Ceyms Appaturai ilə görüşüb”, – nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.

 

Bildirilib ki, tərəflər Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, eləcə də Aİ-yə verdiyi töhfələr, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.