Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Uşağın anadan olmasına görə nə qədər müavinət veriləcək?
sosial

Uşağın anadan olmasına görə nə qədər müavinət veriləcək?

12-06-2025 17:00 41 Views
IMG

Azərbaycanda uşağın anadan olmasına görə müavinətin məbləği artırılıb.

"Tvit.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən uşağın anadan olmasına görə 600 manat veriləcək.

Qeyd edək ki, bu məbləğ əvvəl 500 manat idi.