Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın Dövlət Müstəqilliyi Günü münasibətilə ölkə sakinlərini təbrik edib.
Tvit.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Kadırov mesajında Rusiya müstəqilliyini elan etdikdən sonra keçdiyi sınaqlardan bəhs edib. O, ölkənin suverenliyini sarsıtmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini qeyd edib. Çeçenistan rəhbərinin sözlərinə görə, bütün bu illər ərzində Rusiya dövləti gücünü xalqın birliyindən alıb. O, həmçinin ölkə prezidenti Vladimir Putinin xüsusi rolunu vurğulayıb.
“Bu gün Çeçenistan Respublikasının Rusiya dövlətinin etibarlı dayağı olduğunu qeyd etmək mənim üçün xoşdur”, – deyə Kadırov bildirib.