Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kadırov Çeçenistanı Rusiyanın sütunu adlandırdı
dünya

Kadırov Çeçenistanı Rusiyanın sütunu adlandırdı

12-06-2025 13:00 45 Baxış
IMG

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın Dövlət Müstəqilliyi Günü münasibətilə ölkə sakinlərini təbrik edib.

Tvit.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Kadırov mesajında Rusiya müstəqilliyini elan etdikdən sonra keçdiyi sınaqlardan bəhs edib. Çeçenistan rəhbərinin sözlərinə görə, bütün bu illər ərzində Rusiya dövləti gücünü xalqın birliyindən alıb. O, həmçinin ölkə prezidenti Vladimir Putinin xüsusi rolunu vurğulayıb.

“Bu gün Çeçenistan Respublikasının Rusiya dövlətinin dayağı olduğunu qeyd etmək mənim üçün xoşdur”, – deyə Kadırov bildirib.

Aysel Şirinova