Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial “TikTok”da ucuz telefon satışı fırıldağı - Keçmiş məhkum tutuldu
sosial

“TikTok”da ucuz telefon satışı fırıldağı - Keçmiş məhkum tutuldu

12-06-2025 10:00 34 Views
IMG

“TikTok” sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

"Tvit.az" xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

M.Abbasovun analoji əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.