Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb
sosial

Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb

10-06-2025 15:00 36 Views
IMG

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.06-2025-09.06.2025) məlumat açıqlanıb.

"Tvit.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 52 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 129 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 889,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.