Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq
sosial

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq

10-06-2025 11:00 45 Views
IMG

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

"Tvit.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".