Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahu və Tramp ABŞ-İran nüvə danışıqlarını müzakirə etdilər
dünya

Netanyahu və Tramp ABŞ-İran nüvə danışıqlarını müzakirə etdilər

10-06-2025 09:00 59 Views
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın dalana dirənmiş ABŞ-İran nüvə danışıqlarını müzakirə etdiyi bildirilir.


Tvit.az “İsrail Hayom” qəzetinə istinadən xəbər verir ki, bu barədə onlar arasında telefon danışığı baş tutub.


Bildirilir ki, İran və ABŞ arasında aparılan nüvə danışıqları zamanı Vaşinqtonun İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandırmaqda israrlı olması danışıqları dalana dirəyib.


Elmin Alışov