Amerikanın Lockheed Martin şirkəti beşinci nəsil F-35 Lightning II qırıcısının pilotsuz versiyasını hazırlamağı planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə Defense One nəşri yazır.
Qeyd olunur ki, avtonom rejimdə işləmə təyyarənin yenilənməsi çərçivəsində əldə edə biləcəyi funksiyalardan biri olacaq.
Bundan əlavə, təyyarə təkmilləşdirilmiş "stealth" (radarlardan gizlənmə) örtüyü, yenidən işlənmiş mühərrik çıxışları və yeni avadanlıq ilə təchiz ediləcək.