Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-də pilotsuz F-35 hazırlanacaq
dünya

ABŞ-də pilotsuz F-35 hazırlanacaq

29-05-2025 17:00 71 Baxış
IMG

Amerikanın Lockheed Martin şirkəti beşinci nəsil F-35 Lightning II qırıcısının pilotsuz versiyasını hazırlamağı planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə Defense One nəşri yazır.

Qeyd olunur ki, avtonom rejimdə işləmə təyyarənin yenilənməsi çərçivəsində əldə edə biləcəyi funksiyalardan biri olacaq.

Bundan əlavə, təyyarə təkmilləşdirilmiş "stealth" (radarlardan gizlənmə) örtüyü, yenidən işlənmiş mühərrik çıxışları və yeni avadanlıq ilə təchiz ediləcək.

 Pilotsuz uçuş aparatının iki-üç il ərzində uçuş sınaqlarına keçə biləcəyi ehtimal edilib.

Aysel Şirinova