İndoneziyanın cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 137 nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, 2400 evə ziyan dəyib, onlardan 1500-ü ciddi ziyan görüb. 5488 nəfər təxliyə mərkəzlərinə yerləşdirilib, daha 171 nəfər isə özləri təxliyə edilib.
Bildirilib ki, 15 avqustda Şərqi Nusa Tenqara əyalətində baş verən zəlzələ nəticəsində "87 təhsil müəssisəsi, 50 dini məkan, 76 dövlət qurumu və müxtəlif digər ictimai obyektlər" zərər görüb.
Aysel Şirinova