Müharibədən sonra belə heç bir İsrail və ABŞ gəmisinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.
Tvit.az-ın məlumatına görə, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının katibi Behnam Səidi deyib.
“İsrail və ABŞ-a məxsus heç bir kommersiya və ya hərbi gəminin İran üçün təhlükə yaratdığı və İran Silahlı Qüvvələri tərəfindən düşmən kimi müəyyən edildiyi müddətcə Hörmüz boğazından keçmək hüququna malik olmayacaq”,- deyə katib vurğulayıb.
Elmin Alışov