İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib ki, İran xalqının ayağa qalxıb ölkəni İslam Respublikası hakimiyyətindən ələ keçirib-keçirməyəcəyi bəlli deyil.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İranlıların küçələrə çıxıb-çıxmayacağını demək üçün hələ tezdir. Havadan inqilab etmək olmaz; yerüstü komponent də olmalıdır. Yerüstü komponent üçün bir çox imkanlar var, mən onların nə olduğunu bölüşməyəcəyəm”, - deyə o, jurnalistlərə bildirib.
Aysel Şirinova