Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İraq rəsmisi ilə Avropa Komissiyasının rəhbəri telefonla danışdı
dünya

İraq rəsmisi ilə Avropa Komissiyasının rəhbəri telefonla danışdı

16-03-2026 22:00 17 Views
IMG

İraq Kürdüstanının Prezidenti Neçirvan Bərzani Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə telefon danışığı aparıb.

 

Tvit.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət zamanı tərəflər regiondakı vəziyyəti və gərginliyin daha da artması (eskallasiya) risklərini müzakirə ediblər.

 

Bərzani bildirib ki, danışıq zamanı daha genişmiqyaslı münaqişənin qarşısını almaq və mülki əhalini qorumaq üçün siyasi həll yollarının tapılmasının vacibliyi vurğulanıb.

Bərzani, həmçinin Avropa İttifaqının İraqa və İraq Kürdüstanına göstərdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib.

 

Aysel