Almaniya ABŞ-ı Rusiya neftinə tətbiq edilən bəzi sanksiyaları yumşaltdığına görə tənqid edərək, bu addımın Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirməyə kömək edə biləcəyi barədə xəbərdarlıq edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Norveçə səfəri zamanı danışan Almaniya kansleri Fridrix Merz ABŞ və İsrailin İrana qarşı apardığı müharibə səbəbindən enerji qiymətlərinin artması ilə Vaşinqtonun səhv yanaşma seçdiyini deyib.
O əlavə edib ki, Avropa liderləri Moskvanın İranla bağlı müharibədən Ukraynanı zəiflətmək üçün istifadə etməsinin qarşısını almaq istəyirlər.
Aysel Şirinova