Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-də sinaqoqda insident oldu
dünya

ABŞ-də sinaqoqda insident oldu

12-03-2026 23:00 18 Views
IMG

ABŞ-nin Miçiqan ştatında naməlum şəxs avtomobili sinaqoqa çırparaq atəş açıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, hadisə yerinə FTB əməkdaşları cəlb olunub.

 

Ştat polisinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan məlumatda deyilir:

 

"Aktiv atışma barədə məlumat almışıq. Miçiqan ştatının polisi Uest-Blumfilddəki hadisədən xəbərdardır və ərazi nəzarətə götürülüb".

 

Hazırda ərazidə xüsusi təhlükəsizlik tədbirləri görülür. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilmir.

 

 

Aysel