İranın Yaxın Şərqdə ən vacib nəqliyyat arteriyası olan Hürmüz boğazını uzunmüddətli blokadası dünya üzrə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Tvit.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında bildirilib.
"Bölgədə gəmiçilikdə pozuntular logistika xidmətlərinin, sığortanın və yanacağın xərclərinin artmasına səbəb olacaq. Bütün bunlar, dəniz çatdırılma vaxtının artması ilə birlikdə, son istehlakçılar üçün bir sıra qida məhsulları kateqoriyalarının qiymətlərinin artmasına səbəb ola bilər.
Bu halda, nisbətən kiçik büdcəyə malik ən həssas əhali təbəqələri hücuma məruz qalacaq", - analitiklər xəbərdarlıq ediblər.
Bildirilib ki, hazırkı eskalasiya artıq dünya neft qiymətlərinin sürətlə artmasına səbəb olub ki, bu da birbaşa ərzaq xərclərinə təsir edir.
Aysel Şirinova