Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Azərbaycan qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul edəcək
dünya

Azərbaycan qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul edəcək

11-03-2026 11:00 28 Views
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-də (İMEM) "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib.

 

Tvit.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iclasda AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb, Texniki Komitənin tərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb, yeni üzv və məsul katib seçilib.

 

Daha sonra Komitə üzvləri cari ilin Fəaliyyət Planının əsas istiqamətləri, nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparıb.

 

Sonda EN 12472 "Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu" dövlət standartının qəbul olunması ilə bağlı qərar verilib.

 

AZSTAND TK/36 qiymətli metalLAR və qiymətli daşlar üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə təsis edilib.