Hörmüz boğazı bağlanarsa, ABŞ İrana qarşı zərbələri 20 dəfə artıracaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, Tehran Hörmüz boğazından neft tədarükünə müdaxilə edərsə, Vaşinqton bu cür tədbirlər görəcək.
Bundan əlavə, Ağ Ev rəhbəri ABŞ-ın yumşaq hədəfləri məhv edəcəyinə və İranın bir millət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyinə söz verib.
Elmin Alışov