Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Peskov: "Putin Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün bütün mümkün səyləri göstərir"
dünya

Peskov: "Putin Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün bütün mümkün səyləri göstərir"

03-03-2026 15:00 42 Views
IMG

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə gərginliyin azaldılmasına mümkün qədər kömək etməyə çalışır.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov İran ətrafındakı vəziyyətlə bağlı Putinlə dünənki telefon danışıqlarının vasitəçilik səyləri hesab edilə biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib.

 

"Putin, şübhəsiz ki, gərginliyin ən azı kiçik bir şəkildə azaldılması üçün hər cür səy göstərəcək. Bu baxımdan, dünən demək olar ki, bütün həmsöhbətlərimizlə müzakirə etdik ki, Putin İran rəhbərliyi ilə davam etdirdiyimiz dialoqdan istifadə edərək, onların infrastrukturuna endirilən zərbələrlə bağlı dərin narahatlığını İrandakı həmkarlarımıza çatdıracaq", - deyə o, bildirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin martın 2-də Putin, digər məsələlərlə yanaşı, Bəhreyn, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefonla danışıb.

 

Aysel Şirinova