“Türkiyə ilk gündən ABŞ və İran arasındakı mübahisənin diplomatik yolla həlli üçün səylər göstərib. Biz regionun dost və qardaş ölkələri ilə birlikdə əlimizdən gələni etdik. Lakin danışıqlar masası arxasında gözlənilən nəticə əldə olunmadı.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
Ərdoğan bildirib ki, İrana edilən hücumlar beynəlxalq hüququ açıq şəkildə pozur:
"Fars körfəzi ölkələrinin əhalisi də İranın cavab tədbirlərindən zərər çəkib. Beynəlxalq tərəfdaşlarla apardığımız müzakirələr zamanı müharibəni dayandırmaq üçün nələr edə biləcəyimizi müzakirə etdik”.
Aysel Şirinova