Mərkəzi Asiya ölkələrinin və Britaniyanın xarici işlər nazirləri Londonda "C5+1" formatında ilk görüşlərini keçiriblər.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüşdə ticarət-iqtisadi, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Müasir çağırış və təhdidlərlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib. Bundan əlavə, sanksiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Mərkəzi Asiya Asiya ilə Avropa arasındakı strateji mövqeyi və zəngin enerji resursları ilə mühüm geosiyasi regiondur.
Aysel Şirinova