Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ İsrailin Qəzzaya hücumlarını pislədi
dünya

Aİ İsrailin Qəzzaya hücumlarını pislədi

02-02-2026 13:00 15 Views
IMG

Avropa İttifaqı (Aİ) İsrailin Qəzzada atəşkəsi dəfələrlə pozmasını pisləyərək, beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb.


Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Haca Lahbib məlumat yayıb.


"Biz Qəzzada atəşkəsin dəfələrlə pozulmasını, həftəsonu İsrailin hücumları nəticəsində yüzlərlə fələstinlinin öldürülməsini və yaralanmasını pisləyirik",-deyə o qeyd edib. 


Lahbib həmçinin beynəlxalq humanitar qanuna riayət etməyin və mülki şəxsləri hər yerdə və hər zaman qorumağın vacibliyini vurğulayıb.


Elmin Alışov