Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda oğurluq etdikləri evlərin kameralarını sındırdılar
sosial

Bakıda oğurluq etdikləri evlərin kameralarını sındırdılar

28-01-2026 16:00 11 Views
IMG

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

 

Bu barədə "Tvit.az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

 

Araşdırmalar davam etdirilir.