Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda İbrahimov qardaşları saxlanıldı – VİDEO
sosial

Bakıda İbrahimov qardaşları saxlanıldı – VİDEO

22-01-2026 17:00 16 Views
IMG

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

 

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.