Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah yolları buz bağlayacaq
sosial

Sabah yolları buz bağlayacaq

21-01-2026 12:00 13 Views
IMG

Yanvarın 22-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.