Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ölkə ərazisində yağıntılı hava müşahidə olunur - Faktiki hava
sosial

Ölkə ərazisində yağıntılı hava müşahidə olunur - Faktiki hava

18-01-2026 12:00 17 Views
IMG

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq və dağətəyi rayonlara qar yağır.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir.

Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.