Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Britaniya İrandakı səfirliyini bağladı
dünya

Britaniya İrandakı səfirliyini bağladı

15-01-2026 12:00 22 Views
IMG

Böyük Britaniyanın Tehrandakı səfirliyi bölgədə artan təhlükəsizlik gərginliyi fonunda müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 


Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin sözçüsü məlumat yayıb.


Bildirilib ki, səfirliyin işi hazırda uzaqdan idarə olunur.


Məlumata görə, Britaniya ABŞ-nin İrana yaxın zamanda mümkün hərbi zərbə endirə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən diplomatik nümayəndəliyini təxliyə edib. 
Eyni zamanda London öz vətəndaşlarını İrana bütün səfərlərdən çəkinməyə çağırıb.


Britaniya xəbərdarlıq edib ki, İran ərazisində olan vətəndaşları, eləcə də ikili Britaniya–İran vətəndaşlığına malik şəxslər saxlanılma, dindirilmə və ya həbs riski ilə üz-üzədirlər. 


Elmin Alışov