Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriyada küçələrə çıxmaq qadağan edildi
dünya

Suriyada küçələrə çıxmaq qadağan edildi

08-01-2026 13:00 40 Views
IMG

Suriya ordusu əməliyyatların getdiyi ərazilərdə küçələrə çıxmaq qadağası elan etdi.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, Hələbdə Əşrəfiyyə, Şeyx Maksud və Bəni Zeyd qəsəbələrində saat 13:30-dan etibarən SDG mövqelərinə qarşı dəqiq atış əməliyyatlarına başlayacağını elan edib. Bu qəsəbələrdə komendant saatı tətbiq olunub.

 

Ordu vətəndaşlardan SDG-yə aid bütün mövqelərdən uzaq durmalarını tələb edib.


Xatırladaq ki, Hələb şəhər mərkəzində 6 yanvarda başlayan SDG terror qruplaşmasının hücumlarında 1 hərbçi və 5 mülki şəxs həlak olmuş, 31 nəfər yaralanıb.

 

Toqquşmalar səbəbindən şəhər mərkəzində rəsmi qurumların fəaliyyəti dayandırılmış, məktəblərdə və universitetlərdə tədrisə ara verilib.

 

Hələb Beynəlxalq Hava Limanında da uçuşlar dayandırılıb.

 

Aysel Şirinova