Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstan BBC-nin materialına görə şikayət hazırladı
dünya

Gürcüstan BBC-nin materialına görə şikayət hazırladı

08-01-2026 13:00 76 Views
IMG

Gürcüstan Böyük Britaniyanın BBC kanalına qarşı 2024-cü ilin sonunda hakimiyyətin etirazçılara qarşı kimyəvi vasitələrdən istifadə etməsi ilə bağlı iddia edilən süjetə görə şikayət hazırlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

 

"Yaxın günlərdə şikayəti BBC-nin daxili tənzimləyici orqanına təqdim edəcəyik. Ümid edirik ki, BBC bu səviyyədə süjetin saxtalaşdırıldığını və manipulyasiya olduğunu tanıyacaq. Əgər tanımasa, digər instansiyalara müraciət edəcəyik. Hazırkı mərhələdə şikayətin məzmunu barədə əvvəlcədən danışmayacağıq", – deyə parlamentin spikeri Şalva Papuaşvili bildirib.

 

Onun sözlərinə görə, növbəti instansiyalar Böyük Britaniyanın tənzimləyici komissiyası və məhkəmələr, o cümlədən Avropa İnsan Haqları Məhkəməsi ola bilər.

 

Aysel Şirinova