Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Gürcüstandan BBC-də yayımlanan materiala ETİRAZ - "Şikayəti göndərəcəyik"
dünya

Gürcüstandan BBC-də yayımlanan materiala ETİRAZ - "Şikayəti göndərəcəyik"

08-01-2026 13:00 93 Baxış
IMG

Gürcüstan Böyük Britaniyanın BBC kanalına qarşı 2024-cü ilin sonunda hakimiyyətin etirazçılara qarşı kimyəvi vasitələrdən istifadə etməsi ilə bağlı iddia edilən süjetə görə şikayət hazırlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

 

"Yaxın günlərdə şikayəti BBC-nin daxili tənzimləyici orqanına təqdim edəcəyik. Ümid edirik ki, BBC bu səviyyədə süjetin saxtalaşdırıldığını və manipulyasiya olduğunu tanıyacaq. Əgər tanımasa, digər instansiyalara müraciət edəcəyik. Hazırkı mərhələdə şikayətin məzmunu barədə əvvəlcədən danışmayacağıq", – deyə parlamentin spikeri Şalva Papuaşvili bildirib.

 

Onun sözlərinə görə, növbəti instansiyalar Böyük Britaniyanın tənzimləyici komissiyası və məhkəmələr, o cümlədən Avropa İnsan Haqları Məhkəməsi ola bilər.

 

Aysel Şirinova