Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanıldı
sosial

Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanıldı

02-01-2026 18:00 15 Views
IMG

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

 

DİN-dən Tvit.az-a verilən məlumata görə, son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

 

Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.