Türkiyənin şimal - qərbində Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Şübhəlilər polis əməkdaşları ilə atışmaya başlayıblar. Hadisə ilə bağlı 5 məktəbdə dərslərin dayandırıldığı elan edilib. Bundan əlavə, insident zonasında qaz və elektrik təchizatı kəsilib, həmçinin mülki şəxslərin və nəqliyyat vasitələrinin girişinə qadağa qoyulub.
Hazırda yaralanmış polis əməkdaşlarının vəziyyəti yaxşıdır.
Aysel Şirinova