Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İŞİD tərəfdarları Türkiyədə polislərə atəş açıb
dünya

İŞİD tərəfdarları Türkiyədə polislərə atəş açıb

29-12-2025 12:00 20 Baxış
IMG

Türkiyənin şimal - qərbində Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 Şübhəlilər polis əməkdaşları ilə atışmaya başlayıblar. Hadisə ilə bağlı 5 məktəbdə dərslərin dayandırıldığı elan edilib. Bundan əlavə, insident zonasında qaz və elektrik təchizatı kəsilib, həmçinin mülki şəxslərin və nəqliyyat vasitələrinin girişinə qadağa qoyulub.

Hazırda yaralanmış polis əməkdaşlarının vəziyyəti yaxşıdır.

 

Aysel Şirinova