Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Azad Azərbaycan" telekanalının fəaliyyətə başlamasından 25 il ötür
sosial

"Azad Azərbaycan" telekanalının fəaliyyətə başlamasından 25 il ötür

25-12-2025 17:00 19 Views
IMG

"Azad Azərbaycan" telekanalının fəaliyyətə başlamasından 25 il ötür.

"Tvit.az" xəbər verir ki, ATV telekanalı 2000-ci il dekabrın 25-də özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.

İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər yayımlanıb. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib.

2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başlayıb. Telekanalın rəhbərliyi dəyişib. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirilib. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşıb. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başlayıb.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.

28 yanvar 2022-ci ildən etibarən "Azerspace-1" peykində HD yayım formatına keçib.