Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah hava yağmursuz olacaq
sosial

Sabah hava yağmursuz olacaq

23-12-2025 13:00 14 Views
IMG

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Tvit.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

 

Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.