Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı
sosial

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

19-12-2025 11:00 23 Views
IMG

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

"Tvit.az" xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

 

 

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

 

Əlavə məlumat veriləcək.