Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi
sosial

AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi

17-12-2025 18:00 21 Views
IMG

Bakının Xətai rayonunda, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Mülkü oğlu Quliyevə məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

 

"Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

 

Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

 

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.