Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və Özbəkistan paralimpiya hərəkatının inkişafını müzakirə edib
sosial

Azərbaycan və Özbəkistan paralimpiya hərəkatının inkişafını müzakirə edib

19-09-2025 21:00 13 Views
IMG

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti Hidayət Abdullayev Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.

 

Tvit.az-ın məlumatına görə, səfər çərçivəsində ARMPK prezidenti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov, sədrin müşaviri Mardonbek Davronov, həmçinin Özbəkistan Gözdən Əlillər İdmanı Federasiyasının sədri Otabek Erqaşev ilə görüşüb.

 

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.